Haqqımızda

Aylıq elmi-kütləvi, mənəvi-psixoloji jurnal


Artıq Azərbaycanda hamının rahat şəkildə anlayacağı yüksək keyfiyyətli elmi-mədəni jurnal var. Bu jurnalın önəmli bir boşluğu dolduracağına qəlbən inanırıq.

“Düşünən İnsan” jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil. Düşünən İnsan jurnalındakı məlumatlar heç bir zaman aktuallığını itirməyən, insan həyatına istiqamət verən mövzular arasından seçilir.

Bu jurnal insanın dərin düşünməsinə, yaradılış məqsədinə uyğun yaşamasına səbəb olacaq məqalələri əhatə edir.