Allahın səbəb sənəti

Allahın səbəb sənəti

 İnsanlar hər şeyin baş verməsini müəyyən səbəblərlə əlaqələndirirlər. “Günəş var deyə kölgə var” məntiqi insanların möcüzələri görməsinin qarşısını alır. Bir çox insan üçün möcüzələr səbəblər silsiləsidir. Bu silsilə belədir: çörək, çörək sexində bişirilir. Çörək sexində çörək undan hazırlanır. Un satıcıya dəyirmandan gətirilir. Dəyirman unu buğda şəklində alır. Buğda satan buğdanı kəndlidən alır. Kəndli buğdanı torpaqdan əldə edir… İnsanların inandığı kimi səbəb sistemi var. Lakin açıq şüurla baxdıqda bu silsilənin hər detalı Allah tərəfindən yaradılmışdır.

Allah kölgəni yaratdıqdan sonra günəşi ona səbəb etdiyini bir ayədə belə bildirir:

 

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər istəsəydi, onu daim öz yerində saxlayardı. Sonra Biz günəşi (kölgəyə) bir əlamət etdik. (Furqan surəsi, 45)

 

Səbəblərlə düşündükdə sperma ilə yumurta hüceyrənin birləşməsindən qüsursuz insanın əmələ gəlməsi normal qarşılanır, əslində isə heç də normal deyil. Bu barədə səmimi düşünən insan bircə su damcısının ağıllı, ruhu olan insana çevrilməsinin böyük möcüzə olduğunu dərhal qavrayar. Allahın böyük bir möcüzəni təcəlli etdirərək insanı yaratdığını açıq-aydın görər. Çünki açıq şüurla baxdıqda nə qədər səbəblər ardıcıllığı olsa da, Allahın yaratma sənətinin üstünlüyünü görmək mümkündür. Allah bir ayəsində belə bildirir:

 

…Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? (Kəhf surəsi, 37)

 

Ülfətsiz baxdıqda Yer kürəsi kainatda boşluqda dayanırmış kimi görünür. Müxtəlif cazibə qüvvələrinin təsiri ilə Yerin kainatın dərin boşluğunda dayanması normal görünür, ancaq normal deyil. Normal şərtlər altında Yer Günəşin cazibə qüvvəsinə görə ya tamamilə Günəşə doğru cəzb olunmalı, ya da müvazinəti tamamilə pozulmalıdır. Ancaq bu, baş vermir. Nəhəng planetimizin milyard illərdir sonsuz kainatda zərər görmədən eyni orbitdə qalması, müvazinətinin əsla pozulmaması, Yerin heç bir göy cismindən zərər çəkməməsi, bütün həyat şərtlərinin canlılar üçün uyğun olması səbəblərlə açıqlana bilməz. Çünki səbəblər olduqca həssas müvazinətlərdən asılıdır və bu həssaslıq hər an pozula bilər. Əslində, “səbəb” məntiqi ilə düşündükdə Yerin zərər görərək məhv olması bu şərtlər altında çox normaldır. Belə bir şeyin baş verməməsi Allahın üzərimizdəki uca rəhmətini və üstün müdafiəsini göstərir. Allah bir ayəsində belə buyurur:

 

Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki ayələrimizdən üz döndərdilər. (Ənbiya surəsi, 32)

 

Günəşin temperaturunun insanların ehtiyacı olan qədər yer üzünə çatması da normal qəbul olunur. Halbuki bu qədər böyük məsafəyə və boşluğa baxmayaraq, Günəşin temperaturunun Yerə çatması qeyri-adi haldır. İzoləedici pəncərələrdə iki şüşənin arasına temperatur ötürülməsinin qarşısını almaq üçün boşluq qoyurlar. Bu boşluq temperatur itkisinin qarşısını almaq üçündür. Bu məntiqlə düşündükdə boşluğun temperaturu keçirmədiyini nəzərə alsaq, Günəşdən gələn temperaturun kosmik boşluqda necə bizə gəlib çatdığını anlamaq çətinləşər. Yəni səbəblər daxilində belə Günəşin temperaturu boşluqdan heç keçməməlidir. Günəşin temperaturunun boşluqda hədəfinə doğru istiqamət götürərək Yer kürəsinə gəlib çatması ancaq Allahın izni ilə olur.

İnsanların, əsasən, normal qəbul etdiyi səbəblər silsiləsi ciddi düşünülməli iman həqiqətləridir. Bu iman həqiqətləri iman gətirənlərin Allaha yaxınlaşmasına vəsilə olduğu üçün çox dəyərlidir.

Adamın saysız-hesabsız iman həqiqətləri arasında təkcə gözü düşünməsi belə şüurunu açar. Göz hər an insana aydın görüntü verir. Ən mükəmməl fotokamera belə göz bülluru kimi avtomatik optik fokuslama edə bilmir. Fotokameranı avtomatik fokuslamaq üçün bir az səy göstərmək lazımdır, görüntünün aydın olması üçün bir az zaman tələb olunur. Lakin insan bir yerə baxdıqda: “Mən indi göz büllurumu uzağı görmək üçün fokuslayım”, -deyə düşünmür. Bu qədər dəqiq yaradılışın şüursuz göz bülluru tərəfindən edildiyini düşünmək, əlbəttə, qeyri-mümkündür. Allah gözün aydın görməsi üçün göz büllurunu səbəb kimi yaratmışdır. Beynimizdə aydın, rəngli, işıqlı və hərəkətli dünya yaradan uca Rəbbimiz Allahdır. Şübhəsiz ki, Rəbbimiz möhtəşəm yaratması ilə şükürə layiqdir.

Allah istəsəydi, hər şeyi səbəbsiz yaradardı. Səbəblərin olması Allahın sonsuz ağlını qavramağımız üçün vacibdir. Səbəblərin hər birinin bir-biri ilə əlaqədar yaradılması heç nəyin təsadüfən əmələ gəlmədiyini sübut edir. Çünki Allah üstün ağlı ilə hər şeyi ən incə təfərrüatına qədər nizamlayır.

Axtarış
Sosial